18 Kasım 2015 Çarşamba

Facebook'a yeni funksiya gələ bilər!


  Facebook yeni bir funskiyanı yoxlamağa başlayıb. Bu funksiya istifadəçi olmayanlara da aid olacaq.
   Hər yeniləmədə yeni bir funksiya ilə qarşımıza çıxan Facebook bu dəfə də yeni bir funksiya ilə qarşımıza çıxa bilər. Bu funksiya Facebook axtarış panelidir. Bu digər axtarış panelindən fərqli olacaq. Fərqi nədədir? Fərqi ondadır ki, bu axtarış paneli profillərdə yerləşdiriləcək. Bu axtarış panelinə hər hansısa bir sözü yazıb axtarışa verdiyimiz zaman həmin profildə olan paylaşımlarda bu söz varsa, panel o paylaşımları göstərəcək.



  Daha geniş izah edək. Misal üçün hər hansısa dostunuzun profilinə daxil olduğunuz zaman yuxarıdakı şəkildə olan panelə hər hansısa bir sözü yazırsız. Nümunə üçün: həmin panelə "salam" sözünü yazırıq. Axtarış nəticələrində "salam" sözü keçən bütün postları görünəcək. Bu funksiyanın işləməsi üçün həmin şəxsin paylaşımları "hərkəsə açıq" şəkilində olmalıdır. Əks təqdirdə, tapılmayacaq.

  Bu funksiya hal-hazırda yalnızca ABŞ'da yoxlanılır. Facebook mütəxəssislərinin dediyinə görə bu test dövrü uzun müddət davam edəcək.  (Webtekno)

Oxşar yazılar

Facebook'a yeni funksiya gələ bilər!
4/ 5
Oleh

ABUNƏ OLUN

Blogdakı yazılar xoşunuza gəlib? Onda bloga e-poçtunuzla abunə olun və ən son yeniliklərdən ən birinci sizin xəbəriniz olsun.