5 Aralık 2015 Cumartesi

Uğura gedən yol...


  Uğur əldə etmək üçün hər birimizin fərqli bir səbəbi vardır. Bu səbəblər pul, şan-şöhrət vəya başqa şeylər ola bilər.  
   Uğur əldə etmək üçün sadəcə savad vəya xüsusi bacarıq həmişə şərt deyil. İnsanlar fərqlidir. Yəni hər kəs savadlı vəya xüsusi bacarıqlı deyil. İnsanlar uğurlarını da fərqli sahələrdə qazanırlar. Kimisi idman sahəsində, kimisi elm, kimisi texnologiya və s. 
   Mənə görə uğurun əsası əzmdir. Əzm olmasa, uğur da olmaz. Edison da bu mövzu haqqında belə demişdi: " Uğurun 1%i bacarıqdırsa, 99%i tərdir". Əzmlə çalışaraq insan istədiyi hər şeyə nail ola bilər. 
   Uğur qazanmaq üçün bütün bəhanələrimizi, tənbəlliyimizi bir kənara qoyaq. Uğura gedən yolda ayaq saxladığımız an bəhanə tapdığımız andır.
    İnsanın özünə edə biləcəyi ən pis şey təslim olmaqdır. Hər çətinlikdə diz çökmək yox, əksinə o çətinlik ilə üzləşmək lazımdır. Təslim olduğun an məğlub olduğun andır. Həyat maneələrlə doludur və kim olursansa ol, o maneələrlə mütləq rastlaşacaqsan. 
    Uğura gedən yolda "mənə fürsət verən olmadı" deyib geri çəkilmə! Bu fürsəti özün yarat. 
    Heç vaxt "bunu bacara bilmərəm" demə! Bacaracağına inan. Qarışqalar belə özlərindən qat-qat ağırlıqda yükləri qaldırırlar. Biz niyə bacarmayaq? Sadəcə özünüzə güvənin və bunu bacaracağınıza əvvəlcə özünüzü, sonra hər kəsi inandırın.

   Müvəffəqiyyətli insanlar müvəffəqiyyətsiz insanların etməyə qorxduğu şeyləri edənlərdir. Siz də onlardan olun.

Oxşar yazılar

Uğura gedən yol...
4/ 5
Oleh

ABUNƏ OLUN

Blogdakı yazılar xoşunuza gəlib? Onda bloga e-poçtunuzla abunə olun və ən son yeniliklərdən ən birinci sizin xəbəriniz olsun.