29 Aralık 2015 Salı

Texnologiya və insan


   Texnologiya artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Bir çox işlərimizi artıq texnologiya vasitəsilə rahatlıqla həll edirik. Əlimizi atdığımız hər yerde - evdə, işdə, dərsdə, məişətdə və s. yerlərdə texnologiya yanımızdadır. Bu zaman belə sual ortaya çıxır: bəs hər işi texnologiya olan insan xoşbəxtmidir?
    Bu yazıda texnologiyanı pisləmirəm. Sadəcə bəzi aspektləri demək istəyirəm. Mən də dediyim həmin insanlar kimi bir çox işlərimi texnologiya vasitəsilə həll edirəm. Əlbəttə, texnologiyanın müsbəti kimi mənfi tərəfləri də var. Günü gündən gedən bu texnoloji inkişaf insanlığın həm yararına, həm zərərinə, inkişafına hətta, insanlığın yox olmasına belə yol aça bilir. Sözügedən bu inkişafları yaradan da məhz ondan zərər görən insanlardır. 
    Müasir silahlar, kosmosa səyahət, ağıllı robotların yaradılması və digər yeniliklər insan həyatını yeni bir mərhələyə keçirmişdir. Bu mərhələ texnologiyanı kökündən dəyişdirdi. Artıq insanlar bir-birləri ilə asanlıqla əlaqə saxlaya bilir, istədiyi məlumatları əldə edə bilir. Bu mərhələ insanların əlaqələrinə, incəsənətə, asudə vaxtlara nüfuz etdi. Və nəhayət, avtomatlaşdırma. Bu mərhələdə əsas faktor avtomatlaşdırma oldu. Bu avtomatlaşdırma sənayedə məhsuldarlığın artmasına gətirib çıxarsa da, işsizlik kimi faktorlara mənfi təsirini göstərmişdir. Avtomatlaşdırma insanın iş yükünü azaltsa da, onları robot vəziyyətini gətirmişdir.





    Müasir cihazlar sayəsində insanların boş vaxtları artdı. Lakin sizcə insanlar bu boş vaxtlarını yaxşı dəyərləndirə bilirmi? Məncə, əksəriyyət yox. Artıq insanlara tətil dedikdə düşündükləri şey telefon, televizor vəya komputer qarşısında dincəlməkdir. İnsan beynini araşdıran alimlər də qeyd edirlər ki, insanlar boş vaxtlarını əyləncəyə ayırmalıdır. Onların dediyi əyləncə telefonda, komputerdə oyun oynamaq deyil. Əyləncə parkda gəzinti, dostlarla toplaşıb oyunlar oynamaq, idmanla məşğul olmaq, əyləncə mərkəzlərinə getməkdir.

    Əlbəttə, texnologiya bizə hər şeyi rahat şəkildə etməyə çox kömək edir, bir çox xəstəliklərin həll yoludur. Lakin bundan doğru istifadə etmək gərəkdir. Əgər texnologiyadan doğru istifadə etsək, bu zaman həm rahat, həm də texnologiyadan asılı olmayan bir həyat yaşayarıq. Artıq elə bir dövrdəyik ki, insan öz yaratdığı şeydən asılı vəziyyətə gəlib. Artıq asıllığınızı aradan qaldırmağa çalışın. Əks təqdirdə, insanlıq texnologiyanın əsirliyindən qurtula bilməyəcək və öz sonunu öz əlləri ilə hazırlayacaq. Vaxtınızı dəyərli keçirməyə çalışın. 

Oxşar yazılar

Texnologiya və insan
4/ 5
Oleh

ABUNƏ OLUN

Blogdakı yazılar xoşunuza gəlib? Onda bloga e-poçtunuzla abunə olun və ən son yeniliklərdən ən birinci sizin xəbəriniz olsun.