5 Aralık 2015 Cumartesi

Apple şirkətində müsahibədə verilən suallar


  Apple şirkəti bir çox insanın işləmək istəyəcəyi bir yerdir. Bir çoxlarının isə xəyalıdır. Əlbəttə ki, Apple kimi bir şirkətdə işə qəbul edilmək asan olmaz.
   Apple şirkəti də Google və digər böyük texnologiya şirkətləri kimi keçmiş iş təcrübələri və bəzi çaşdırıcı suallar verir. 
   Apple'da işə qəbul üçün cavablandırmalı olacağınız suallar:

1. Toster cihazını necə yoxlayarsan?

2. Sizi həyəcanlandıran şeyləri danışın.

3. Niyə Apple şirkətinə girmək istəyirsən və Apple sizi işə qəbul edərsə hal-hazırki işinizlə əlaqədar nələr üçün darıxacaqsan?

4. İndidən etibarən qabaqdakı 5 il ərzində nələri etməyi istəyirsən?

5. Stolun üstündə hər birinin yazı və rəsm tərəfi olan 100 ədəd qəpik var. Qəpiklərdən 10'unun rəsm , 90'ının  isə yazı tərəfi dönmüş vəziyyətdədir. Hansı qəpiyin hansı üzünün dönmüş vəziyyətdə olduğunu bilməyinin hər hansısa bir yolu yoxdur. Onları elə 2 yerə ayır ki, hər 2 tərəfdə bərabər sayda rəsm olan qəpik olsun.

6. Bugün sizi bura gətirən şey nədir?

7. 8 yaşında bir uşağa router/modem'in nə olduğunu başa sal.

8. Qarşılaşdığınız maraqlı bir sualı və bu sualı necə tapdığınızı deyin.

9. Uğursuzluqlarınız nələrdir və bu uğursuzluqlardan nə öyrəndiniz?

10. Həyatınızda etdiyiniz və bundan qürur hissi keçirdiyiniz şeyi bizə deyin.

11. Əgər sizi işə qəbul etsək nə üzərində çalışmaq istəyərsiniz?

12. 3 ədəd qutu var. Bunlardan birində yalnız alma var, digər birində yalnız portağal var və digərində isə həm alma, həm də portağal var. Lakin qutular səhv etiketlənmişdir. Yəni etiketlər ilə qutuların içindəkilər uyğunlaşmır. Yalnız 1 qutunu açırsan və qutunun içinə baxmadan 1 ədəd meyvə alırsan. Bu meyvəyə baxaraq bütün qutuları doğru şəkildə necə etiketləyərsən?

13. iTunes'ə bənzər bir tətbiqetmə var və vaxt keçdikcə çoxlu şəkillər yığılır. İstifadə edilməyən şəkillərin performansa təsir etməməsi üçün necə bir strategiya yürüdürsən?

14. Bizə yalnız səsinizi istifadə edərək bir müştəriyə necə kömək olacağınızı göstərin.

15. Pozitiv bir insana oxşayırsınız. Necə şeylər sizin əhvalınızı pozur?

16. Sizcə hansı daha vacibdir: müştərinin bir problemini həll etmək yoxsa yaxşı müştəri təcrübəsi yaratmaq ?

17. Alçaldıcı bir təcrübənizi danışın.

18. Yaradıcı insansınız? Yaradıcı olduğunuzu düşündüyünüz bir şeydən bəhs edin.

19. Sizi niyə işə qəbul etməliyik?

20. İdarəçiniz ilə fikir ayrılığı yaşamısınızmı? Bu fikir ayrılığını necə qarşıladınız? Spesifik bir nümunə deyin və anlaşmazlığı necə düzəltdiyinizi, nəticənin nə olduğunu və bu şəxsin bugün sizin haqqınızda necə danışacağını söyləyin.

21. Son 4 ildə ən yaxşı və ən pis gününüz necə idi?

22. Hər gün dünyada necə uşaq doğulur?

23. Sizə saxta və saxta olmayan xırda pullarla dolu bir banka verilsə və bu bankadan bir ədəd xırda pul alsanız, 3 dəfə atsanız və arxa-arxaya yazı-yazı-rəsm(tərəflər) gəlsə, saxta xırda pul vəya həqiqi xırda pul seçmə ehtimalınız nə olar?

24. Əlinizdə 2 yumurta var və onları qırmadan düşürə biləcəyin ən yüksək nöqtəni tapmağı hədəfləyirsən. Nə edərsən? Ən optimal həll yolu nədir?

25. Müştəri olaraq Apple Store'a girdiyinizdə mağazada nələr diqqətinizi çəkər? İlk addım atdığınızda hansı hissləri keçirərsiniz?



Sizcə suallar necə idi? Siz də sualları cavablandırın. Cavablarınızı rəy hissəsində bizimlə bölüşün. Maraqlı olanları paylaşacağıq.

Oxşar yazılar

Apple şirkətində müsahibədə verilən suallar
4/ 5
Oleh

ABUNƏ OLUN

Blogdakı yazılar xoşunuza gəlib? Onda bloga e-poçtunuzla abunə olun və ən son yeniliklərdən ən birinci sizin xəbəriniz olsun.