Riyaziyyatı hər şeydən çox sevirdi. O qədər çox sevirdi ki, riyaziyyatdan qazandığı pulun böyük hissəsini o sevgini yaşadacaq bir bina tikdirmək üçün xərclədi. Bir çox universitet və koleclərdə standart dərs kitabı olaraq istifadə edilən "Calculus"un yazıçısı riyaziyyatçı kanadalı James Stewart'dan bəhs edirəm.
26 milyondan çox satan Calculus kitabı onu milyonçu etdi. J. Stewart bu qədər pul qazandıqdan sonra müxtəlif riyazi anlayışların nümayiş etdiriləcəyi bir bina tikdirmək qərarına gəlir. Shim-Sutcliffe memarlıq şirkəti ilə razılıq əldə edən Stewart Toronto'da bu binanı tikdirməyə başlayır. Hesablamalarını Calculus'dan alan, 1700 kvadrat metrlik tikili 2009'cu ildə hazır olur. Bu tikilinin forması inteqrala bənzədiyi üçün "İntegral House" (İnteqral Ev) adlandırılmışdır.
Ötən il Stewart'ın vəfatından sonra bu tikili 23 milyon dollara (23.000.000 $) satıldı.
Həmin tikilinin bəzi görüntüləri:
Riyaziyyatın real həyatda yararı!
4/
5
Oleh
Unknown