13 Kasım 2015 Cuma

C.Ronaldo: Messi qazanacaq...






  Portuqaliya Millisinin və Real Madrid klubunun ulduz futbolçusu Cristiano Ronaldo bu ilki "Ballon d'Or" mükafatını özünün qazanacağına inanmır. 
   ITV'də yayımlanan "Jonathan Ross show"a qatılan Ronaldo mükafatı qazanacağına inanmadığını söyləyib. Ronaldo "Bu tip mükafatlarda klub uğurları da əsasdır. Mən öz kariyeramın ən yaxşı dövrünü keçirdim və qol kralı oldum. Amma Messi klubu ilə La Liga və Çempionlar Liqasını qazandı. Məncə bu il Ballon d'Or Messi'nin olacaq" deyib.
  Lionel Messi ilə arasında heç bir problem olmadığını vurğulayan Ronaldo, "8 ildir bu arenada sadəcə ikimiz varıq. Bu yaxşı bir şeydir. Messi ilə yaxşı münasibətimiz var. Çox yaxın dost olmasaqda, bir-birimizə hörmət bəsləyirik" sözlərini əlavə etdi.

Oxşar yazılar

C.Ronaldo: Messi qazanacaq...
4/ 5
Oleh

ABUNƏ OLUN

Blogdakı yazılar xoşunuza gəlib? Onda bloga e-poçtunuzla abunə olun və ən son yeniliklərdən ən birinci sizin xəbəriniz olsun.