ABŞ'ın qababcıl qəzetlərindən olan "New York Times" qəzeti həftə sonunda oxucuları üçün qeyri-adi sorğu keçirib.
İsrail Baş Naziri Benjamin Netanyahu'nun keçən həftə dediyi "Hitler'i soyqırıma Fələstin müftisi Hacı Emin el Hüseyni razı salıb" sözlərindən sonra qəzet bu mübahisələri fürsət bilib belə bir sorğu keçirib: "Əgər zamanda səyahət etmək mümkün olsaydı, Hitler'i körpə olanda öldürərdinizmi?"
NYT qəzetinin sorğusu |
İştirakçıların 42%i "hə", 30%i "yox", qalan 28%i isə "əmin deyiləm" cavabını verib. "Yox" cavabını verənlər belə düşünürlər ki, əgər Hitler'i öldürsələr daha böyük faciələr baş verə bilərdi.
"Hə" deyənlər isə bu sorğudan əlavə olaraq, Twitter'da #babyhitler hashtagı başladaraq, tərcihlərinin Hitler'i öldürmək olduğunu bildirdilər.
NYT'nın açıqladığı statistika |
Washington Post qəzetində bu sorğu haqqında bir məqalə yayımlandı. Bu məqalədə isə "körpə Hitler'i ailəsinin əlindən alıb başqa yerdə böyütsək də olar. Çünki bu zaman İkinci Dünya Müharibəsinin faciələrindən qurtulmuş olarıq".
Körpə Hitler'i öldürərdinizmi?
4/
5
Oleh
Unknown