7 Ocak 2017 Cumartesi

Psixoloji Testlər | Kokologiya




Bu test insanların özlərini psixoloji olaraq kəşf etməsi üçün tərtib olunmuşdur. Kokologiya testi adlanan bu testi psixologiya professoru Isamu Saito və Tadahiko Nagao tərəfindən təməl psixoloji gerçəklərə əsaslanaraq hazırlanmışdır. "Kokologiya" kitabında 53 psixoloji test var.

Testə başlamadan əvvəl deyim ki:
  • Ağlınıza gələn ilk cavabı deyin.
  • Cavabları dəyişməyin.
  • Təxmini cavablar deməyin.
  • Dürüst olun. Unutmayın ki bu testi sadəcə siz özünüz bilirsiniz.

TEST 1

Həftəlik populyar jurnal almısınız. Jurnalı hansı sıra ilə oxumağa başlayardız?



a) Birinci səhifədən sonuncu səhifəyə qədər nizamlı şəkildə oxuyardım.
b) Sadəcə məni maraqlandıran mövzuları oxuyardım.
c) Səhifələri təsadüfi çevirərdim və maraqlı gələn hissələri oxuyardım.
d) Buna bənzər jurnalları (mövzu olaraq) oxuduğum üçün həmişə oxuduğum sırayla oxuyardım.


CAVAB:
Jurnal insan təcrübələrinin yığıldığı antologiya (məcmuə) kimidir və sizin o jurnalı oxuma tərziniz seçimlərin müxtəlifliyi qarşısında nə etdiyinizi göstərir. Xüsusilə oxumağınız vaxtı necə dəyərləndirdiyinizi, pulunuzu necə istifadə etdiyinizi göstərir.



a) Pulunun qəpiyinə qədər harda olduğunu və nə üçün xərclədiyini bilən birisiniz. Şəxsi büdcənizlə hər zaman maraqlanırsız deyə deyil, sadəcə siz hər şeyin harda olduğunu biləndə daha rahat hiss edirsiniz. Nəyisə itirməyi sevmədiyiniz üçün bütün hesablarınızı nizamlı saxlayırsınız, borcunuzu və alacağınızı yaxşı bilirsiniz.

b) Pul cibinizdə qalanda özünüzü narahat hiss edirsiniz. Əgər pulunuz varsa ürəyiniz nə istəyirsə, onun üçün xərcləyirsiniz. Son qəpiyinizi xərclərkən belə "gələcək ay bəlkə də pul yığmağa başlayım" deyə düşünürsünüz. Yığsanız belə bir neçə günə onu  da xərcləyərsiniz.

c) Siz biraz qənaətcilsiniz. Bəziləri sizə simic də deyə bilər. Əslində siz pulunuzu boş şeylərə xərcləmirsiniz, onu ehtiyacınız ola biləcək günlərə saxlayırsınız. Birdən nəsə almaq vəya borca girmək sizlik deyil. Lakin arada kisənin ağzın açsanız yaxşı olar :)

d) Həyatınızdakı dəyişikliklər sizin xərcləmə vərdişlərinizi dəyişdirmir. Siz birdən böyük miqdarda pul qazansanız belə yenə də endirim vərdişinizdən əl çəkməzsiniz vəya birdən pulsuzluq olarsa, siz yenə də brend paltarlar və s. almağa çalışarsınız.


TEST 2


Ölkədə əcayib varlıq peyda olub. Hamı ondan qorxur və onun qarşısını ala bilmirlər. Qəfl görürsünüz ki, o varlıq sizə doğru gəlir. Bu əcayib varlıq çox əsəbi görünür və onu razı salmaq mümkün deyil. Sizcə o niyə bu qədər əsəbidir ?



a) O acdır və yemək tapmaq üçün ov edir.
b) İtirdiyi sevgilisini axtarır.
c) Çox çirkin olduğu üçün xoşbəxt deyil.
d) Bütün dünyaya əsəbidir.

Bu qorxulu məxluq sizin xarakterinizin qaranlıq tərəfini təmsil edir.



a) Məxluq sizin öz iştahınıza qarşı elədiyiniz mübarizəyə reaksiyaya göstərir. Son vaxtlarda pəhriz probleminiz var deyəsən. Ac gəzməyin. Ölçülü qidalanın :)

b) Deyəsən romantika barədə problemləriniz var. Amma unutmayın ki, hər sevgidə problemlər olur. 

c) Görünüşünüzdən çox da məmnun deyilsiniz. Sevilmək üçün ilk addımı güzgüyə baxdığınızda gördüyünüzü sevməklə atın.

d) Bu cavabı seçənlər pessimist insanlardır. Sizin üçün stəkanın yarısı həmişə boşdur,  hətta suyun dadı da pisdir. Düzəldə biləcək səhvlər tapmaq yaxşıdır, lakin hər zaman şikayət edərək dünyanı dəyişə bilmərsiniz. Bu enerjinizi müsbət şeylərə istifadə etməyə çalışın.


Oxşar yazılar

Psixoloji Testlər | Kokologiya
4/ 5
Oleh

ABUNƏ OLUN

Blogdakı yazılar xoşunuza gəlib? Onda bloga e-poçtunuzla abunə olun və ən son yeniliklərdən ən birinci sizin xəbəriniz olsun.