Apple hər yeni modelində müxtəlif funksiyalar, dizaynlar yoxlayır. Bunlardan əsas dəyişiklik cihazların nazikliyidir.
MacOtakara adlı əcnəbi mənbəyə görə yeni iPhone'da 3.5 mm'lik standart qulaqcıq girişlərinin aradan qaldırılması və lightning portunun yeni cihazlarda qulaqcıq əlaqəsini qurması üçün işlədilməsi gözlənilir. Əgər iPhone istifadəçiləri bu cihazlara qulaqcıq qoşmaq istəyərsə, bunun üçün xüsusi bağlantı aparatı almaq məcburiyyətində qalacaq.
Bu dəyişikliyin əsas səbəbi kimi telefonun daha incə olacağı söylənilir. Lightning portunun cihaza qoşulması ilə telefon 1mm daha nazik olacaq.
Əgər bu funksiya əlavə olarsa, bu funksiyaya əlavələrin olması gözlənilir. Bunlara qulaqçığı idarə edə bilmə kimi funksiyalar daxildir.
Qeyd edək ki, bu qeyri-rəsmi məlumatdır. Bu mövzu haqqında rəsmi açıqlama gözlənilir.
iPhone haqqında yeni xəbər!
4/
5
Oleh
Unknown