Samsung Galaxy S seriyasının yeni telefonu olacaq olan S7 bəzi mənbələrə görə artıq istehsal olunub və test edilməyə başlanılıb.
Artıq insanlar Samsung'un hər ay minimum 1 telefon istehsalı etdiyini bilir. Bu sahədə zirvəni əldən vermək istəmirlər. Yayılan yeni məlumatlara görə Samsung şirkəti yenə dayanmadan istehsala başlayıb. Ən son S6 seriyasının əlavələrini nümayiş etdirən Samsung indi isə S7 üçün hazırlaşır.
Galaxy S7'nin digərlərindən biraz fərqli olacağı gözlənilir. Verilən məlumatlara görə S7'nin 2 modeli olacaq. Bu modellərdən birinin prosessoru Snapdragon 820, digəri isə Exynos 8890 olacaq. Və ən əsas xüsusiyyəti isə 20 meqapiksellik qabaq kamerasıdır. Samsung bu xüsusiyyəti ilə "selfie" maraqlılarını öz üzərinə çəkməyi planlaşdırır.
Telefonun 2016-cı ilin ilk aylarında nümayiş etdirilməsi gözlənilir.
Mənbə: TechnoBuffalo, Webtekno
Samsung Galaxy S7'nin test edilməyə başlandığı öyrənildi
4/
5
Oleh
Unknown