Apple Store'un 2 işçisi işçilərin mağazadan ayrıldıqları zaman oğurluğa qarşı çantaların yoxlanmasından narahat olaraq, şirkəti məhkəməyə verdilər.
Onlar Apple şirkətində saat başına maaş alırlar və buna görə də Apple'dan bu zaman itkisinin əvəzində əlavə maaş istəyirlər.
Apple Store işçiləri tərəfindən verilən məlumatlarda qeyd olunur ki, çanta axtarışları müştərilərin gözü qabağında aparılır və bu vəziyyət onları müştərilərin qarşısında cinayətkar kimi göstərir.
Məhkəmə prosesi nəhayət, başa çatdı, amma nəticə işçilər üçün yaxşı olmadı. Bu məhkəmə Apple'n qələbəsi ilə nəticələndi. Beləliklə, Apple şirkəti 60 milyon dollarlıq təzminatdan yaxa qurtardı və işçilərin tələb etdikləri əlavə maaşı da qəbul etmədi.
Lakin Apple Store işçiləri qərardan narazı olduqlarını bildiriblər. Onların vəkili Lee Shalov bu işin davam etdiriləcəyini söyləyib.
Apple 60 milyon $ təzminatdan yaxa qurtardı!
4/
5
Oleh
Unknown