Sosyal şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Günümüzün çox hissəsini müxtəlif sosyal şəbəkələrdə keçiririk. Bəs sizcə bunlar həyat tərzimizə, davranışımıza necə təsir edir? Məhz bu mövzunu Happiness Research İnstitut'u araşdırıb.
Happiness Research mütəxəssisləri 1095 nəfər könüllünün qatıldığı bir test keçirib.
1 həftə davam edən bu testdə 1095 nəfərlik qrup 2 hissəyə bölünmüşdü. Bu qruplardan birinə 1 həftə ərzində Facebook qadağan edildi. Digər qrupa isə icazə verildi.
1 həftə sonunda onların psixoloji vəziyyətləri analiz edildi və bu analizlərə görə Facebook'a girməyən adamlar daha sakit, xoşbəxt, gülərüz görünmüşlər.
Analizin sonunda Happiness Research İnstitut'unun CEO'su Meik Wiking açıqlama verib:
"Facebook insan həyatının gerçəkliyini pozur. Çünki bir hesab açırıq və tək etdiyimiz özümüzü başqaları ilə müqayisə etməkdir. Əsas da, son dövrdə fikir versəz, hər kəs daha çox pozitiv şeylər paylaşır və elə görünməyə çalışır. Bu ciddi bir səhvdir.
Mənbə: Webtekno
Facebook istifadə etməyənlər daha xoşbəxtdir...
4/
5
Oleh
Unknown