24 Kasım 2015 Salı

Alimlər süni səs telləri hazırladı


  Wisconsin Universitetində amerikalı alimlər süni səs telləri hazırladı. Qəzalar, xəstəliklər nəticəsində səsini itirmiş insanlar üçün artıq çarə tapıldı.
  "Science Translational Medicine" adlanan bu araşdırmanın hələ də üzərində işlənildiyi açıqlandı. Araşdırma komandasının rəhbəri Wisconsin Universitetindən Dr.Mathan Welhamdır. 
 
   Dr.Welham açıqlamasında bildirib ki: "Səs telləri titrəyə biləcək qədər elastik, həm də bir-birlərinə dəydikləri zaman qırılmayacaq qədər güclüdür".
   Verilən məlumatlara görə səs telinə çevrilən toxumalar 2 həftəyə böyüyüb. Bunun üçün  fibroblast və epithelial hüceyrələrindən istifadə olunub. Bu hüceyrələr əməliyyat olunmuş xəstələrdən əldə edilib.



  Proseslər:

   Əvvəlcə 3 ölçülü qığırdaq skeletə yerləşdirilir. Sonra əldə edilən hüceyrələr bu skeletə yerləşdirilir və səs telinin böyümə prosesi başladılır.
   Mütəxəssislər əldə edilən səs tellərinin toxumasını ölmüş bir itdən alınan səs qutusuna yerləşdirib və içərisinə hava üfləndiyi zaman səs yarandığını görmüşlər. Sonra isə bu səs tellərini siçanın üzərində yoxlayıblar. Nəticədə isə səs tellərinin orqanizm ilə uyğunluğu təsdiqlənmişdir. 

  Dr.Welham "Bu səs telləri eynilə təbii səs telləri kimidir. Təbii səs telləri kimi elastik və güclüdür. Belə bir şeyə insanlığın böyük ehtiyacı var. Biz çox böyük bir addım atdıq". deyib.

Mənbə: The Daily Beast, Onedio

Oxşar yazılar

Alimlər süni səs telləri hazırladı
4/ 5
Oleh

ABUNƏ OLUN

Blogdakı yazılar xoşunuza gəlib? Onda bloga e-poçtunuzla abunə olun və ən son yeniliklərdən ən birinci sizin xəbəriniz olsun.