Məşhur alim Stephen Hawking oxuduğu mühazirələrdən birində “Elm
və texnologiyanın bundan sonrakı dövrdə davam edəcək inkişafı bəzi problemlər
ilə üzləşə bilər” deyib. Əsas problemlərdən biri isə “işlərin yeni səbəblərdən
düz getməməsi” olacaqdır.
“Hər hansısa bir ildə Yer planetində ola biləcək fəlakətlərin mümkünlüyü kifayət qədər az olsa da, gələcək
illərdə bu mümkünlük artacaq və hətta gələcək min vəya on min il ərzində
qaçınılmaz vəziyyətə gələcəkdir”.
Alimin sözlərinə görə
bu son əsas 4 yol ilə baş verəcəkdir.
- Süni zəka
- Nüvə müharibəsi
- Genetik yolla yetişdirilən viruslar
- Qlobal istiləşmə
Bəziləri insanlığa
neçə illərdir ki, məlumdur. İndi isə alimin dediklərinə qısa bir açıqlama
verim.
Süni zəka. Süni zəka dedikdə insanların yaratdığı ağıllı
cihazlar, maşınlardır. Məhz bu maşınlar vəya cihazlar öz varlığımız üçün təhlükə
yaradır. İndiyə qədər yaradılan süni zəkalar bizə xeyir versə də bir nöqtədə zərərə
çevriləcəkdir. Məhz bu nöqtə cihazların insanlardan ağıllı olmasıdır. Əgər bu
cihazlar insan beynini keçərsə, məhz bu zaman insan onunla rəqabət apara bilməyəcək
və nakaut.
Nüvə müharibəsi. Məhz bu mühazirədə Hawking deyirdi “Maşınlar
bizi qırmasa, biz bunu özümüz edəcəyik”. Nüvə silahının nələrə gətirib
çıxacağını yəqin ki çox adam dərk edə bilir. Ola biləcək bir nüvə müharibəsi bəşəriyyətin
sonu deməkdir. Albert Einstein də o vaxtdan bilirdi və dediklərini yada salaq “Üçüncü
dünya müharibəsində hansı silahlar istifadə ediləcək bilmirəm, amma dördüncüdə
daş və çubuq olacağı dəqiqdir”.
Genetik yolla yetişdirilmiş viruslar. Bu nüvə müharibəsindən
də qorxuludur deyə bilərik. Bunu Hawking’in sözləri ilə izah edim. 2001-ci ildə
alim bir qəzetə müsahibə verərkən demişdi ki, “Mən biologiyadan çox narahatam.
Nüvə silahları nəhəng qurğular tələb edir, yəni hər kəs edə bilməz bunu. Lakin
gen mühəndisliyi kiçik bir laboratoriyada da etmək olar və siz dünyadakı bütün
laboratoriyalara nəzarət edə bilməzsiniz. Əsas təhlükə də məhz budur ki, biz
özümüzü məhv edəcək virusu yetişdirə bilərik”.
Qlobal istiləşmə. İnsanların fəaliyyətinin ən pis nəticələrindən
biri qlobal istiləşmədir. Yanacaqların və digər bu kimi maddələrin yandırılması
nəticəsində yaranan karbon qazı səviyyəsinin artması nəticəsində yaranan bu bəla
isə biraz sirlidir. Yəni onun dayanıb-dayanmayacağını bilmirik. Havking demişdi
ki, “Əgər bunların üzərinə bir də Arktika və Antarktida buz qatı əriyərsə, bu,
prosesi daha da sürətləndirər və ən sonda Yer kürəsi qonşu planet Veneranın vəziyyətinə
düşər”. (Venerada səth temperaturu 250 dərəcəyə çatır və sulfat turşusu
yağışları yağır)
Ən sonda isə Hawking’in bu sözləri ilə bitirirəm yazımı:
“Mən inanmıram ki, insanlıq gələcək min ilə salamat çıxsın.
Əgər kosmik məkana yayılsalar, mümkün olar. Bu planetdə həyatı məhv edəcək o qədər
hadisələr ola bilər ki...”
Bəzi məlumatlar: BBC
Məhşər gününün 4 ssenarisi
4/
5
Oleh
Unknown