Əksər insan insanlara zülm edə bilməyəcəyini, irqçiliyə qarşı olduğunu, kiminsə canına qıya bilməyəcəyini söyləyər. Lakin bir təcrübə var ki, tam olaraq bu fikirlərin əksini söyləyir :Üçüncü dalğa təcrübəsi.
Ron Jones 1967ci ildə şagirdləri üzərində psixoloji təcrübə keçirməyi qərara alır. Jones elə düşünürdü ki, cəmiyyətdə olan hər insanın faşizmə meyli vardır, sadəcə bunun üçün lazımi şərait olmalıdır.
Təcrübənin ilk günüdə sinifdə yeni qayda-qanunların yaradıldığı deyilir. Bu qaydalara görə "Bugündən etibarən heç kim söz almadan danışmayacaq, danışsa belə çox uzatmayacaq. Və bugündən etibarən mənə Cənab Jones deyə xitab edəcəksiniz!".
İkinci gündə Jones onlara "Bu sinif çox xüsusidir və məktəbdəki disiplini siz yaratmalı və idarə etməlisiniz. Siz çox fərqlisiniz, onlardan üstünsüz!" deyir. Bu nitq onları daha da inandırmış və ələ almışdır. Şagirdlərinə Nazi salamını da öyrədən Jones artıq onların hər yerdə belə salamlaşmağını istəyir.
Növbə qrupa bir ad verilməsində idi. Jones qrupun adını "Üçüncü dalğa" qoyur. İzahında isə şagirdlərinə bunu deyir "Okeanda ən güclü və ən böyük dalğa üçüncü dalğa olur və ona görə də, bundan sonra sizin adınız üçüncü dalğadır".
Şagirdlər artıq tam olaraq bu sistemi mənimsəyir, özlərinə loqo düzəldir, üzvlük kartları hazırlayırlar. Artıq onlar kiçik bir qurum halına gəlməyə başlayırlar.
Şagirdlər gücün disiplin və birliklə qazanıldığına inandırılmışdılar, eynilə, Nazi Almaniyasındakı kimi. Uşaqlar artıq öz qruplarına daxil olmayanlara şiddət göstərməyə başlamış, məktəbdə qorxu hissi yaratmağa başlamışdı. Özlərini hamıdan üstün görüb özlərindən olmayanlara onları alçaltmağa başlamışlar.
Artıq bu davranışlardan sonra Jones təcrübəni sonlandırmağı qərara alır. Ertəsi gün bir televizor gətirir və onlara Nazilər haqqında video göstərir. Buna səbəb kimi isə uşaqların mövzunu tam dərk etməsi üçün etdiyini deyir.
Bundan xəbər tutan valideynlər şikayət edir və sonra Ron Jones məktəbdən uzaqlaşdırılır və "Üçüncü Dalğa" sonlanır.
Sonralar bu təcrübə haqqında film çəkilir və kitab yazılır.
Film: Die Welle (The Wave)
Kitab: The Wave
Uşaqdan faşist yaratmaq: Üçüncü dalğa
4/
5
Oleh
Unknown