25 Şubat 2017 Cumartesi

MƏQALƏ | Mark Zuckerberg VS Snapchat


  Facebook şirkətinin CEO'su Mark Zuckerberg Facebook MessengerInstragram'dan sonra Whatsapp Messenger'a da "Story Mode" funksiyasına gətirdi. Yəni status əvəzinə 24 saatlıq video vəya şəkil paylaşa biləcəksiniz. Lakin artıq status dövrü bitdi. Artıq ünvanlı sözlərinizi video vəya şəkil vəziyyətində etməli olacaqsınız.




   Bildiyiniz kimi 24 saatlıq paylaşım xüsusiyyətini məşhur edən Snapchat tətbiqetməsidir. Evan Spiegel adlı gənc 2011-ci ildə bu tətbiqetməni yaratdı. Snapchat bu illər ərzində kifayət qədər diqqət topladı (puppy hesabına əsas da). 
  İnternet və texnologiya dünyasında öz monopoliyasını qurmağı hədəfləyən Mark Zuckerberg InstagramWhatsapp'ı da yüksələn dövründə almışdı. Bu dəfə də hədəfi Snapchat idi. Mark Zuckerberg Snapchat üçün 3 milyard dollar təklif edir. Lakin Evan Spiegel cavabında "Whatsapp kimi tətbiqetmənin 19 milyard dollar kimi məbləğdə alındığı dövrdə Snapchat kimi tətbiqetmənin bu qiymətə satılması doğru olmaz". Facebook'dan sonra Google şirkəti 4 milyard dollar təklif etdi və yenə Evan təklifi geri çevirdi.




  Mark Zuckerberg Snapchat'ın rədd cavabından sonra Snapchat'ın funksiyalarını öz şəbəkələrində tətbiq etməyə başlayır. Əvvəlcə Instagram'da, sonra Facebook Messenger, ən son isə Whatsapp Messenger'da "Story Mode" funksiyasını aktivləşdirir. Hətta Snapchat'dakı şəkil üzərində yazılar, emojilər əlavə etmək funksiyasını da aktivləşdirir.



        Bunlardan sonra bir çox insanın ağlına  bu sual gəlir: "Snapchat Mark    Zuckerbergi patent və müəllif hüququ  səbəbilə niyə məhkəməyə vermir?" Bu  düşündüyümüz kimi asan bir şey deyil. 
      Bütün dünyanın gözü qabağında    Facebook Snapchat'ın funksiyalarını 1  qəpik müəllif hüququ ödəmədən kopyalayır.  Yəni indiki dövrdə belə hallar çoxdur. Ən  son Apple patent məhkəməsini qazanmışdı.  Bəs Snapchat niyə səs çıxarmır?
Bu barədə patent qanunlarında kiçik maddə var. Proqramlaşdırmada mövcud olan kodlarda hər hansısa dəyişiklik olarsa, bu zaman müəllif hüququ vəya patent barədə tələb mümkün olmur. Lakin kod eynilə olarsa, yəni kopyalanarsa, onda iş dəyişər. Bunu eyni resept ilə müxtəlif yeməklərin hazırlanmasına bənzədə bilərik.




P.S.: Əgər Whatsapp artıq sizə də bezdirici gəlirsə, onu əvəzləmək üçün isə Telegram'ı tövsiyə edə bilərəm. Eynilə Whatsapp kimi "chat" tətbiqetməsi olan Telegram son zamanlarda populyarlaşmağa başlayıb. Hətta Telegram'ın Whatsapp'dan bəzi təhlükəsizlik və s. üstünlükləri də mövcuddur, həmçinin də istifadəsi daha ucuzdur (mb olaraq).



Bəzi informasiyaların mənbəsi: Techcrunch, Zete, Webtekno.


  

16 Şubat 2017 Perşembe

MƏQALƏ | Maddə daxilindəki MÖHTƏŞƏM Dünya

Bu məqalə İbrahimov Elcan tərəfindən yazılmışdır.


  1800-cü illərin sonlarında məhşur İngilis fizik Lord Kelvin belə bir fikir irəli sürmüşdü:
   “Fizikada artıq kəşf ediləcək heç nə qalmayıb. Edə biləcəyimiz tək şey etdiyimiz hesablamaları daha dəqiq və daha sadə üsulla etməkdir.” Bu fikirlə bir çox insan razılaşdı və artıq fizikada böyük bir yenilik və ya dəyişiklik olacağına inanmırdılar.
   Bundan təxminən 30 il sonra dahi fizik Albert Einştein işığın kvarklara,yəni enerji porsiyalarına sahib olduğunu dedi və bu porsiyalara foton adını verdi. Einşteindən sonra dahi fizik Maks Plank da, işıq üzərində araşdırmalara davam etdi və yeni bir fizika sahəsi “Kvant” fizikasının əsasını qoydu. Bir fikrə əsasən isə deyə bilərik ki, kvant fizikasının yaranma səbəbi közərmə lanpasının daha güclü işıq yayması və daha az enerji sərfinin olmasının Maks Plankdan araşdırılmasının istənilməsi ilə bağlıdır.


    Bu məqalə atom dünyasının mümkün olduğu dərəcədə sadə bir üsulla izahını əhatə edir və atom dünyasına mənim gözümdən yeni bir baxış bucağı qazandırır… Yüzilliyin başlanğıcında atomun forması Thomson modeli ilə izah olunurdu. 1897- ci ildə elektronun varlığını kəşv etdikdən sonra öz atom modelini irəli sürmüşdü. Thomsona görə “Z” sayda elektron “+Z” elektrik yüklü bir bulud içərisində neytral bir haldadır.
    Alfa zərrəciklər(hissəciklər) incə bir metal təbəqəsindən saçılmasını araşdıran Ernest Rutherford təcrübələrin bu modelə uyğun olmadığını gördü. Əgər alfa zərrəciklər elektronlar və ya müsbət bulud tərəfindən saçılırsa saçılma bucağı kiçik olmalı idi. Lakin bu belə olmurdu və alfa zərrəciklər çox sərt bir bucaqla və hətta bəzən dəyib geri qayıdırdılar. Rutherford bunun yalnız bir səbəbi olacağını irəli sürdü:” Atom daxilində çox sıx quruluşlu müsbət bir nüvə olmalı idi.” Və beləliklə öz atom modelini irəli sürmüş oldu. Bu modelə görə atom müsbət yüklü bir nüvədən və onun ətrafında dönən mənfi yüklü elektronlardan ibarət olmalı idi.



   Kvant fizikasının təməli qoyulduğu andan etibarən aydın oldu ki, klassik fizika qanunları atom daxilində hökm sürmürlər. Xüsusəndə Nyuton qanunları. Məsələn iki cism toqquşduğu anda Nyuton qanunlarına görə onların quruluşu dağılmalı idi. Atom daxilinəki “Dünya”-da isə bu tam əksinə baş verir. Məsələn bir karbon atomu başqa bir karbon atomu ilə toqquşduğunda karbon atomu yenədə karbon atomu olaraq qalırdı. Bu isə klassik fizika qanunlarıyla tam tərs idi.
    Bundan başqa dairəsəl formada dönən bir elektron bir təcilə sahib olmalıdır və sürətli bir şəkildə enerji itirməli və nüvəylə toqquşub dağılmalı idi. 1913-cü ildə Danimarkalı fizik Niels Bohr klasik fizika qanunlarının atom daxilinə tətbiq olunmamasını deyib yeni bir nəzəriyyə ilə Rutherforda dəstək oldu. Bu yazının məqsədi daxilində olmadığı üçün Bohr teoreminə və Srödinger tənliklərindən bəhs etməyəcəm.


    Qeyd edim ki, ən sadə atom olan hidrogen atomunun nüvəsi proton adlanan bir elementar zərrəcikdən ibarətdir. Qalan bütün elementlərin nüvələri iki növ elementar zərrəcikdən-proton və neytronlardan ibarətdir və bu zərəciklərə Nuklonlar deyilir.
    Yaxın tarixə qədər proton və neytronlar təməl hissəciklər olaraq bilinirdi,lakin protonların sürətlə digər proton və elektronlarla toqquşdurulması təcrübələrində onlarında daha da kiçik hissıciklərdən ibarət olduğu göründü. Bu hissəciklər üzrə apardığı araşdırmalar 1969-cu ildə Nobel mükafatı qazanan Murray Gell-Mann tərəfindən Kvark adı verildi.
    Kvarklarında müxtəlif növləri vardır. Aşağı,yuxarı,qəribə,məftun,alt və üst olaraq adlandırılmış ən azı altı cüt kvark olduğu düşünülür.Hər cüt üç dəyişik “rəng”-də ola bilər:qırmızı,yaşıl,mavi.(Bu rəng növləri sadəcə kvant fizikası daxilində adlandırılır,çünki bildiyimiz kimi kvarklar görünən işığın dalğa boyundan çox daha kiçikdirlər və bu səbəbdən dolayı bir rəngləri yoxdur). Bir proton və ya neytron hər rəngdən bir dənə olmaq şərtiylə üç rəngdən ibarətdir. Proton iki yuxarı kvark və bir aşağı kvarkdan,neytron isə əksinə iki aşağı bir yuxarı kvarkdan təşkil olunur. Digər kvarklardanda(qəribə,məftun,alt və üst) ibarət parçacıqlar yarada bilərik amma bunların kütlələri çox böyük olacağı üçün sürətlə proton və neytrona çevriləcəkdir.
   Kvarklar mövzusunda bir çox teorik nəzəriyyələr vardır. Bu işlərə əsasən deyə bilərik ki, 36 ədəd təməl hissəcik vardır. Kvarkları incələmək üçün həddindən artıq enerji lazım olduğu üçün bu təcrübələr və təəqdiqatlar çox bahalı olur.Hər hansı bir təcrübəni hətta super dövlətlər xaric heç bir dövlət büdcəsi belə qarşılaya bilməz.
   Kvant fizikası haqda sonsuz bəhs etmək olar(Einşteinin foto-effekt,Bohr teoremi,Compton hadisəsi,Broigle hipotezi və maddə dalğaları,Heizenbergin bilinməzlik nəzəriyyəsi, Kopenhagen rəyi,Şrödingerin pişiyi paradoksu və s.) lakin bizim bu yazıdakı mövzumuz sadəcə atomun sadə quruluşudur.
   İndi isə biraz fantastikdə olsa Kvant fizikasına mənim təklifimə baxaq. Bildiyimiz kimi kvant fizikası ilə bağlı bu qədər çox şey bilməyimizə baxmayaraq(bölünməz atomu 36 hissəyə bölmək kimi) hələdə nüvə ətrafındakı elektronun yerini bilə bilmirik. Doğrudur Şrödinger bizi bir addım yaxınlaşdırsada təsüüfki, yenədə tamamlanmadı.
   


   Öncəlikdə qeyd edim ki, bu qeyd edəcəyim fikir sadəcə mənim fikrimdir və heç bir təcrübə aparılmadan sadəcə nəzəri bir fikirdir.
    Albert Einşteinin vermiş olduğu Nisbilik nəzəriyyəsi kainatdakı möhtəşəm böyük cisimlərin hərəkətini izah etdi və Nyutonun yanıldığını kütlə çəkimi deyə bir şeyin olmamasını isbat etdi. Einşteinə görə müəyyən kütləyə malik olan cismlər ətrafınakı kainat-zamanı əyir və bir əyri əmələ gətirdiyi üçün digər daha kiçik cismlər bu əyri daxilində hərəkət edir. Məsələn Ay Yer kürəsinin yaratdığı əyridə, planetlər isə Günəşin əyrisində hərəkət edir. Bəs niyədə bu proses atom daxilindədə getməsin? Əgər daha böyük kütləyə sahib olan Nüvə ətrafına olan “kainat-zaman”- I əyirsə elektronda bu əyriyə daxil olub hərəkət edə bilər. Burdan belə bir nəticə çıxarda bilərik:”elekronun o qanuna uyğunsuz hərəkət səbəbi nüvələrin bir birinə yaxın olması və o yaratdıqları əyrilərin qarışması ola bilər.


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATLAR:
  • Hasan İraz-Her şeyin teorisi Tanrısal kimlik ve toplumsallık
  • Elcan İbrahimov-Qravitasiya dalğalarının kəşvi(məqalə)
  • T.M.Pənahov V.İ.Əhmədov- Fizika -2

7 Ocak 2017 Cumartesi

Psixoloji Testlər | Kokologiya




Bu test insanların özlərini psixoloji olaraq kəşf etməsi üçün tərtib olunmuşdur. Kokologiya testi adlanan bu testi psixologiya professoru Isamu Saito və Tadahiko Nagao tərəfindən təməl psixoloji gerçəklərə əsaslanaraq hazırlanmışdır. "Kokologiya" kitabında 53 psixoloji test var.

Testə başlamadan əvvəl deyim ki:
  • Ağlınıza gələn ilk cavabı deyin.
  • Cavabları dəyişməyin.
  • Təxmini cavablar deməyin.
  • Dürüst olun. Unutmayın ki bu testi sadəcə siz özünüz bilirsiniz.

TEST 1

Həftəlik populyar jurnal almısınız. Jurnalı hansı sıra ilə oxumağa başlayardız?



a) Birinci səhifədən sonuncu səhifəyə qədər nizamlı şəkildə oxuyardım.
b) Sadəcə məni maraqlandıran mövzuları oxuyardım.
c) Səhifələri təsadüfi çevirərdim və maraqlı gələn hissələri oxuyardım.
d) Buna bənzər jurnalları (mövzu olaraq) oxuduğum üçün həmişə oxuduğum sırayla oxuyardım.


CAVAB:
Jurnal insan təcrübələrinin yığıldığı antologiya (məcmuə) kimidir və sizin o jurnalı oxuma tərziniz seçimlərin müxtəlifliyi qarşısında nə etdiyinizi göstərir. Xüsusilə oxumağınız vaxtı necə dəyərləndirdiyinizi, pulunuzu necə istifadə etdiyinizi göstərir.



a) Pulunun qəpiyinə qədər harda olduğunu və nə üçün xərclədiyini bilən birisiniz. Şəxsi büdcənizlə hər zaman maraqlanırsız deyə deyil, sadəcə siz hər şeyin harda olduğunu biləndə daha rahat hiss edirsiniz. Nəyisə itirməyi sevmədiyiniz üçün bütün hesablarınızı nizamlı saxlayırsınız, borcunuzu və alacağınızı yaxşı bilirsiniz.

b) Pul cibinizdə qalanda özünüzü narahat hiss edirsiniz. Əgər pulunuz varsa ürəyiniz nə istəyirsə, onun üçün xərcləyirsiniz. Son qəpiyinizi xərclərkən belə "gələcək ay bəlkə də pul yığmağa başlayım" deyə düşünürsünüz. Yığsanız belə bir neçə günə onu  da xərcləyərsiniz.

c) Siz biraz qənaətcilsiniz. Bəziləri sizə simic də deyə bilər. Əslində siz pulunuzu boş şeylərə xərcləmirsiniz, onu ehtiyacınız ola biləcək günlərə saxlayırsınız. Birdən nəsə almaq vəya borca girmək sizlik deyil. Lakin arada kisənin ağzın açsanız yaxşı olar :)

d) Həyatınızdakı dəyişikliklər sizin xərcləmə vərdişlərinizi dəyişdirmir. Siz birdən böyük miqdarda pul qazansanız belə yenə də endirim vərdişinizdən əl çəkməzsiniz vəya birdən pulsuzluq olarsa, siz yenə də brend paltarlar və s. almağa çalışarsınız.


TEST 2


Ölkədə əcayib varlıq peyda olub. Hamı ondan qorxur və onun qarşısını ala bilmirlər. Qəfl görürsünüz ki, o varlıq sizə doğru gəlir. Bu əcayib varlıq çox əsəbi görünür və onu razı salmaq mümkün deyil. Sizcə o niyə bu qədər əsəbidir ?



a) O acdır və yemək tapmaq üçün ov edir.
b) İtirdiyi sevgilisini axtarır.
c) Çox çirkin olduğu üçün xoşbəxt deyil.
d) Bütün dünyaya əsəbidir.

Bu qorxulu məxluq sizin xarakterinizin qaranlıq tərəfini təmsil edir.



a) Məxluq sizin öz iştahınıza qarşı elədiyiniz mübarizəyə reaksiyaya göstərir. Son vaxtlarda pəhriz probleminiz var deyəsən. Ac gəzməyin. Ölçülü qidalanın :)

b) Deyəsən romantika barədə problemləriniz var. Amma unutmayın ki, hər sevgidə problemlər olur. 

c) Görünüşünüzdən çox da məmnun deyilsiniz. Sevilmək üçün ilk addımı güzgüyə baxdığınızda gördüyünüzü sevməklə atın.

d) Bu cavabı seçənlər pessimist insanlardır. Sizin üçün stəkanın yarısı həmişə boşdur,  hətta suyun dadı da pisdir. Düzəldə biləcək səhvlər tapmaq yaxşıdır, lakin hər zaman şikayət edərək dünyanı dəyişə bilmərsiniz. Bu enerjinizi müsbət şeylərə istifadə etməyə çalışın.


19 Nisan 2016 Salı

Kosmosda həyatın olduğuna 10 işarə


  
   İndiki dövrdə də bu sonsuz qalaktikada insanların tək olub-olmaması tam cavabını tapmayan suallardandır. Digər bir sual isə digər planetlərdə insanların yaşayıb-yaşaya bilməyəcəyidir. Əlbəttə, bəzi alimlər, mənbələr buna verdikləri cavabı tam doğru bilsə də bu öz sübutunu tapmış fakt deyil. Lakin bəzi iddialar vardır ki, bunlar insanı həqiqətən düşünməyə vadar edir. İndi isə o faktlardan bəzilərini sizlərlə bölüşürəm. Bəzi xarici mənbələr və NASA'ya əsasən apardığım araşdırmalardan önə çıxan 10 iddianı sizlərlə bölüşürəm. 



1. 1976'da "Viking Lander" komandası Mars torpağında yaşayış əlamətinə dair kimyəvi sübut tapdıqlarını iddia etdi. Dediklərinə əsasən, bir şey qidaları metabolize edib radioaktiv qaz yayılmasına səbəb olur.



2. 2004'də Mars'ın atmosferində metan qazı olduğu kəşf edildi. Dünyadakı metan qazının təxminən tamamı yaşayan orqanizmlər tərəfindən yaranır.



3. 2001'də aparılan tədqiqatlar Yupiter'in ayı Europa'nın qırmızı rənginin donmuş bir bakteriyadan olduğu irəli sürüldü. Bu teorem eyni zamanda ayın yaydığı infraqırmızı siqnalların səbəbinə də aydınlıq gətirdi.



4. 1996'da Antarktida'da olan Mars'dan gələn meteoritdə fosilləşmiş nanobakteriya izləri tapıldı.



5. 2002'də Venera'nın qeyri-adi atmosferi ilə əlaqəli aparılan tədqiqatlar planetin buludlarında yaşayış ola biləcəyini düşündürdü. Burada müşahidə edilən karbon sulfitin varlığı başqa heç bir qeyri-üzvi varlıqda görülmədiyi üçün xüsusilə qeyri-adi idi.



6. 2002'də rus alimləri çox yüksək miqdarda radiasiyaya dözümlü mikrob kəşf etdi. Bu immuniteti əldə etmək üçün dünyada milyardlarla il lazım olduğu üçün bu mikrobun Mars mənşəli ola biləcəyi düşünüldü.



7. 2003'də Yupiter'in ayı Europa'daki kükürd qalıntılarının ağıllı yaşayışa işarə olduğu və ay səthinin altında olan vulkanik olaraq isinmiş okeanın bu iddianı təsdiqlədiyi irəli sürüldü.



8. 1977'də Ohio Dövlət Universitetinin tapdığı siqnal böyük təəccübə səbəb oldu və bu səbəblə siqnala "Wow" adı verildi. 220 milyon işıq ili uzaqlıqdan gələn bu radio siqnalının ağıllı həyatın əlaməti olması çox böyük bir ehtimaldır.



9. 2001'də 1960'larda başlayan "Drake teoremi"nə əsaslanaraq bəzi hesablamalar aparıldı və bunlardan alınan nəticə belə oldu:  qalaktikamızda, yaşayışı dəstəkləyən şərtlərə sahib yüz minlərlə planet olduğu iddia edildi.



10. 2004'də alimlər göyün bəzi hissələrinə əvvəlcədən yerləşdirilmiş cihazlar vasitəsilə bəzi siqnallar kəşf etdi. Siqnallardan sadəcə biri gücləndi və bu hadisə başqaları ilə əlaqə qurmağa çalışan ağıllı bir varlığın olmasına ehtimal edildi.



Mənbə: NASA, NewScientist

20 Mart 2016 Pazar

Uşaqdan faşist yaratmaq: Üçüncü dalğa

  Əksər insan insanlara zülm edə bilməyəcəyini, irqçiliyə qarşı olduğunu, kiminsə canına qıya bilməyəcəyini söyləyər. Lakin bir təcrübə var ki, tam olaraq bu fikirlərin əksini söyləyir :Üçüncü dalğa təcrübəsi.


   Nazi Almaniyası ilə əlaqəli bir çox faktlara baxdıqda onların düşmənlərinə necə əziyyət verdiklərini, insanların belə şeyləri necə edə biləcəyini düşünürük. ABŞ'da yaşayan bir tarix müəllimini də bu çox maraqlandırmış və bir araşdırma etmişdir. Ron Jones adlı tarix müəllimi dərs keçdiyi şagirdləri üzərində bir təcrübə keçirmişdir.  Bu təcrübə ABŞ'ın Kaliforniya əyalətində yerləşən Cubberley məktəbində keçirilir.
  Ron Jones 1967ci ildə şagirdləri üzərində psixoloji təcrübə keçirməyi qərara alır. Jones elə düşünürdü ki, cəmiyyətdə olan hər insanın faşizmə meyli vardır, sadəcə bunun üçün lazımi şərait olmalıdır.



  Təcrübənin ilk günüdə sinifdə yeni qayda-qanunların yaradıldığı deyilir. Bu qaydalara görə "Bugündən etibarən heç kim söz almadan danışmayacaq, danışsa belə çox uzatmayacaq. Və bugündən etibarən mənə Cənab Jones deyə xitab edəcəksiniz!".
  İkinci gündə Jones onlara "Bu sinif çox xüsusidir və məktəbdəki disiplini siz yaratmalı və idarə etməlisiniz. Siz çox fərqlisiniz, onlardan üstünsüz!" deyir. Bu nitq onları daha da inandırmış və ələ almışdır. Şagirdlərinə Nazi salamını da öyrədən Jones artıq onların hər yerdə belə salamlaşmağını istəyir.
  


  Növbə qrupa bir ad verilməsində idi. Jones qrupun adını "Üçüncü dalğa" qoyur. İzahında isə şagirdlərinə bunu deyir "Okeanda ən güclü və ən böyük dalğa üçüncü dalğa olur və ona görə də, bundan sonra sizin adınız üçüncü dalğadır". 
  Şagirdlər artıq tam olaraq bu sistemi mənimsəyir, özlərinə loqo düzəldir, üzvlük kartları hazırlayırlar. Artıq onlar kiçik bir qurum halına gəlməyə başlayırlar.
  Şagirdlər gücün disiplin və birliklə qazanıldığına inandırılmışdılar, eynilə, Nazi Almaniyasındakı kimi. Uşaqlar artıq öz qruplarına daxil olmayanlara şiddət göstərməyə başlamış, məktəbdə qorxu hissi yaratmağa başlamışdı. Özlərini hamıdan üstün görüb özlərindən olmayanlara onları alçaltmağa başlamışlar.

  Artıq bu davranışlardan sonra Jones təcrübəni sonlandırmağı qərara alır. Ertəsi gün bir televizor gətirir və onlara Nazilər haqqında video göstərir. Buna səbəb kimi isə uşaqların mövzunu tam dərk etməsi üçün etdiyini deyir. 
  Bundan xəbər tutan valideynlər şikayət edir və sonra Ron Jones məktəbdən uzaqlaşdırılır və "Üçüncü Dalğa" sonlanır.

  Sonralar bu təcrübə haqqında film çəkilir və kitab yazılır.
Film: Die Welle (The Wave)
Kitab: The Wave

18 Mart 2016 Cuma

Facebook Messenger'dan yenilik!


Hər gün bir yenilik edən Facebook'dan bu dəfə Messenger istifadəçilərinə sürpriz gəldi. 1 ay əvvəl şahmat oyunu aşkar olundu, indi isə Messenger'in yeni gizli oyunu aşkar edildi - Basketball

Messenger tətbiqetməsini yeniləməyi unutmayın. 

Əvvəlcə "şahmat" oyununu necə oynayacığınızı izah edim. Messenger'ə daxil olduqda yazışma yerinə "@fbchess play" yazırsınız və ardınca şahmat masası açılır. Bu oyunda ilk hərəkəti bu kodu göndərdiyiniz dostunuz başlayacaqdır. Misal üçün əgər siz piyon adlı daşı hərəkət etdirmək istəyirsinizsə, @fbchess p  yazıb hərəkət etdirmək istədiyiniz sahənin kodunu yazırsız (PH3 və s.) Bu oyunda qala üçün R, şah üçün K, vəzir üçün Q, at üçün N və fil üçün B hərflərini yazmağınız lazımdır.

   
   Basketball'a gəlincə, bu çox sadə yolla qoşulur. Sadəcə basketbol topu emojisini yollayın, sonra isə həmin emojinin üzərinə klikləyin. Bu zaman basketbol səbəti və topu ekrana çıxacaq. Sensor ilə topu səbətə göndərməyə çalışacaqsız. 

22 Şubat 2016 Pazartesi

Məhşər gününün 4 ssenarisi


   Məşhur alim Stephen Hawking oxuduğu mühazirələrdən birində “Elm və texnologiyanın bundan sonrakı dövrdə davam edəcək inkişafı bəzi problemlər ilə üzləşə bilər” deyib. Əsas problemlərdən biri isə “işlərin yeni səbəblərdən düz getməməsi” olacaqdır.
“Hər hansısa bir ildə Yer planetində ola biləcək fəlakətlərin  mümkünlüyü kifayət qədər az olsa da, gələcək illərdə bu mümkünlük artacaq və hətta gələcək min vəya on min il ərzində qaçınılmaz vəziyyətə gələcəkdir”.

  Alimin sözlərinə görə bu son əsas 4 yol ilə baş verəcəkdir.
  •   Süni zəka
  •   Nüvə müharibəsi
  •   Genetik yolla yetişdirilən viruslar
  •   Qlobal istiləşmə

  Bəziləri insanlığa neçə illərdir ki, məlumdur. İndi isə alimin dediklərinə qısa bir açıqlama verim.
   Süni zəka. Süni zəka dedikdə insanların yaratdığı ağıllı cihazlar, maşınlardır. Məhz bu maşınlar vəya cihazlar öz varlığımız üçün təhlükə yaradır. İndiyə qədər yaradılan süni zəkalar bizə xeyir versə də bir nöqtədə zərərə çevriləcəkdir. Məhz bu nöqtə cihazların insanlardan ağıllı olmasıdır. Əgər bu cihazlar insan beynini keçərsə, məhz bu zaman insan onunla rəqabət apara bilməyəcək və nakaut.
   Nüvə müharibəsi. Məhz bu mühazirədə Hawking deyirdi “Maşınlar bizi qırmasa, biz bunu özümüz edəcəyik”. Nüvə silahının nələrə gətirib çıxacağını yəqin ki çox adam dərk edə bilir. Ola biləcək bir nüvə müharibəsi bəşəriyyətin sonu deməkdir. Albert Einstein də o vaxtdan bilirdi və dediklərini yada salaq “Üçüncü dünya müharibəsində hansı silahlar istifadə ediləcək bilmirəm, amma dördüncüdə daş və çubuq olacağı dəqiqdir”.



   Genetik yolla yetişdirilmiş viruslar. Bu nüvə müharibəsindən də qorxuludur deyə bilərik. Bunu Hawking’in sözləri ilə izah edim. 2001-ci ildə alim bir qəzetə müsahibə verərkən demişdi ki, “Mən biologiyadan çox narahatam. Nüvə silahları nəhəng qurğular tələb edir, yəni hər kəs edə bilməz bunu. Lakin gen mühəndisliyi kiçik bir laboratoriyada da etmək olar və siz dünyadakı bütün laboratoriyalara nəzarət edə bilməzsiniz. Əsas təhlükə də məhz budur ki, biz özümüzü məhv edəcək virusu yetişdirə bilərik”.
   Qlobal istiləşmə. İnsanların fəaliyyətinin ən pis nəticələrindən biri qlobal istiləşmədir. Yanacaqların və digər bu kimi maddələrin yandırılması nəticəsində yaranan karbon qazı səviyyəsinin artması nəticəsində yaranan bu bəla isə biraz sirlidir. Yəni onun dayanıb-dayanmayacağını bilmirik. Havking demişdi ki, “Əgər bunların üzərinə bir də Arktika və Antarktida buz qatı əriyərsə, bu, prosesi daha da sürətləndirər və ən sonda Yer kürəsi qonşu planet Veneranın vəziyyətinə düşər”. (Venerada səth temperaturu 250 dərəcəyə çatır və sulfat turşusu yağışları yağır)
   Ən sonda isə Hawking’in bu sözləri ilə bitirirəm yazımı:


Mən inanmıram ki, insanlıq gələcək min ilə salamat çıxsın. Əgər kosmik məkana yayılsalar, mümkün olar. Bu planetdə həyatı məhv edəcək o qədər hadisələr ola bilər ki...


Bəzi məlumatlar: BBC

21 Ocak 2016 Perşembe

İnsanlıq öz məhvini yaradır.


  Bugünə qədər dünyanın sonu, qiyamət haqqında fərqli fərziyyələr irəli sürülmüşdür. Amma bir çoxlarının heç bir elmi əsası olmadığı üçün çox da inanılmadı. Lakin hal-hazırda dünyanın gələcəyini araşdıran bir qrup alimlər tam dəqiq elmi əsaslarla öz fikirlərini söyləyiblər. Əsas da Oxford Universitetində "gələcək araşdırmaçıları" olan bir qrup alim bu mövzu haqqında öz fərziyyələrini irəli sürüblər. Onlara görə dünya ən çox 100 il mövcud olacaqdır. Bəs necə?
  Bizim düşündüyümüz kimi olmayacaq əlbəttə vəya filmlərdəki kimi. Bilmək olmaz, bəlkə də elə olar. Amma alimlərin gətirdikləri əsaslar fərqlidir. Bunlardan ən təhlükəlisi isə yoluxucu və öldürücü xəstəliklərin asanlıqla yaranması və yayılmasıdır. Bildiyimiz kimi hal-hazırda 3D printerlər vasitəsilə bir çox şey yaratmaq olur. Artıq texnologiya sayəsində hətta, orqanlar yaradılmağa başlayır. Bəs bu 3D printerin zərəri nə ola bilər ?

  
   3D printerlər günü-gündən inkişaf edir, hətta ən son onun vasitəsilə avtomobil hazırlandı.Az əvvəl dediyim kimi orqanlar hazırlanır və növbədə isə İNSAN YARATMAQ var. Bu da bir cür təhlükə ola bilər amma əsl təhlükə viruslardır. Gələcəkdə xüsusi kodlar ilə insanlar 3D  printerdə cürbəcür xəstəliklər yaradıb yaya biləcəklər.Misal üçün bugün biz rahatlıqla hansısa bir məlumatı əldə edə biliriksə, gələcəkdə rahatlıqla xəstəlikləri yaratmaq olacaq. Bunun nəticələrini yəqin ki, təsəvvür edə bilirsiz. Və bununla da, insanlar öz məhvlərinə gətirib çıxaracaq.
  Digər əsas isə Yer kürəsinin vəziyyətinin günü gündən pisləşməsidir və insanların gələcəkdə Yer kürəsində sıxılıb qalmasıdır. Neçə illərdir kosmosa göndərilən peyklər, kosmik gəmilər və digər cihazlar kosmosda - Yer kürəsi ətrafında sözün əsl mənasında "zibillik" yaratmışdır və bunlar Yer kürəsi ətrafında yüksək sürətlə dövr edərək bir-birlərinə dəyib parçalanıb çoxalırlar. Bəs bunun mənfisi nədir? 
 - Hal-hazırda dünya əhalisi günü gündən artır və artıq ərzaq, su kimi ehtiyacları qarşılana bilmir. Bunun üçün də NASA və digər bunun kimi təşkilatlar kosmosda yeni bir "dünya" axtarırlar, hətta, bəzən yaxınlaşırlar. Lakin Yer kürəsi gələcəkdə bu "zibilliyin" içinə qərq olacaq və artıq insanlıq sadəcə Yer kürəsi ilə hüdudlanacaq. Onu da qeyd edim ki, artıq bu "zibilliyin" təmizlənməsi qeyri-mümkün kimi görünür.